Neft Fondunun İcraçı Direktoru Amerika-Azərbaycan Ticarət Palatasının üzvlərilə görüşdə Fondun gələcək fəaliyyətini müzakirə edib

mhsht2005-ci il oktyabrın 20-də Vaşinqtonda yerləşən Amerika-Azərbaycan Ticarət Palatasında Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru cənab Samir Şərifovun Palatanın üzvləri ilə görüşü keçirilmişdir. Nahar çərçivəsində müzakirələr zamanı cənab Şərifov Neft Fondunun gəlirləri, strateji planlaşdırma, vəsaitlərin idarə edilməsi və xərclər planları barədə danışıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Mətbuat Xidmətinin Məlumatı

mhshtMineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə ilk hesabatların açıqlanmasından (15 mart, 2005-ci il) sonra qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası tərəfindən 31 mart 2005-ci il tarixində verilmiş qeyri-dəqiq məlumat ətrafında müzakirələr son günlər ölkə mətbuatında yenidən gündəmə gəlib.

MHŞT üzrə üçüncü mərhələnin hesabatlarına “AGN Mak” şirkəti rəy verəcək

mhsht2005-ci il sentyabrın 29-da Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyası, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq təsis edilmiş Seçim Qrupunun növbəti iclası keçirilmişdir.

Şəffaflıq Təşəbbüsü üzrə Beynəlxalq Məsləhətçi Qrupun ilk toplantısı keçirilib

mhsht2005-ci il avqustun 26-da Londondakı Lancaster House binasında Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq Məsləhətçi Qrupun (BMQ) ilk toplantısı keçirilib. Azərbaycan hökumətini BMQ-də təmsil edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru, MHŞT üzrə hökumət Komissiyasının sədri cənab Samir Şərifov toplantıda iştirak edib.

Azərbaycan hökuməti Şəffaflıq Təşəbbüsü üzrə təcrübəsini Qazaxıstanla bölüşmüşdür

mhshtAzərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru, MHŞT üzrə Komissiyanın sədri cənab Samir Şərifov Qazaxıstan hökumətinin dəvəti ilə 2005-ci il avqustun 11-də Qazaxıstanda səfərdə olmuşdur. Səfər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi göstərişinə əsasən həyata keçirilib və Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqində Qazaxıstan hökumətinə yardım göstərilməsi məqsədi daşıyıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru, MHŞT üzrə Komissiyanın sədri cənab Samir Şərifovun Qazaxıstana səfəri Qazaxıstan qəzetlərində işıqlandırılb

mhshtAzərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru, Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiyanın sədri cənab Samir Şərifov Qazaxıstan hökumətinin dəvəti ilə 2005-ci il avqustun 11-də Qazaxıstanda səfərdə olmuşdur.

Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə növbəti hesabatını açıqladı

mhshtBu press-reliz Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası tərəfindən birgə hazırlanmışdır.

İnpeks Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşuldu

mhshtİnpeks Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşuldu. 2005-ci il iyulun 19-da Yaponiyanın İnpeks şirkəti Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalamışdır. “Qoşulma Aktı” adlanan sənəddə qeyd olunur ki, “INPEX Southwest Caspian Sea, Ltd.” (Inpeks) şirkəti Azərbaycan Respublikasının hasilat sənayesində fəaliyyət göstərdiyi üçün MHŞT üzrə hökumət Komissiyası tərəfindən Memoranduma qoşulmaq barədə dəvət almışdır.

Dövlət Neft Fondunun İcraçı Direktoru mətbuat konfransı keçirmişdir

mhshtAzərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı Direktoru cənab Samir Şərifov 2005-ci il iyulun 19-da yerli və xarici kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirmişdir. Mətbuat konfransında S. Şərifov jurnalistlərə 2005-ci ilin ilk altı ayı ərzində Fondun maliyyə fəaliyyəti, ARDNF-in nümayəndə heyətinin ABŞ-ın Alyaska Daimi Fonduna səfərinin yekunları, Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində Azərbaycanda görülmüş işlərin hazıkı vəziyyəti barədə məlumat vermişdir.

Böyük Britaniya hökuməti Azərbaycanı Şəffaflıq Təşəbbüsünə qoşulmuş digər ölkələr üçün numunə hesab edir

mhshtAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Brayan Folu qəbul etmişdir. Görüş zamanı Azərbaycanın Böyük Britaniyanın Baş naziri Toni Bleyer tərəfindən irəli sürülmüş Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsündə fəal iştirakı da müzakirə olunmuşdur. Cənab İlham Əliyev Azərbaycanın bu Təşəbbüslə bağlı mühüm tədbirlər həyata keçirdiyini qeyd etmişdir.

Bizimlə əlaqə

adressNeftçilər pr. 24, Dalğa Plaza, Bakı AZ1000

phone(+99412) 498 77 53 daxili nömrə 125

mailfarid.farzaliyev@oilfund.az