AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN SƏRƏNCAMI

nazirler-kab

N 363 Bakı şəhəri, “ 30 “ noyabr 2006 il

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 noyabr tarixli 224 nömrəli sərəncamının 1-ci bəndi ilə yaradılmış Azərbaycan Respublikasının Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffafliq Təşəbbüsü üzrə Komissiyanın aşağıdakı yeni tərkibli təstiq edilsin:

Şəffaflıq Təşəbbüsü üzrə İdarə Heyətinin ilk iclası keçirilmişdir

iclas2006-cı il dekabrın 7-də Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının baş qərargahında Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə (MHŞT) İdarə Heyətinin ilk iclası keçirimişdir. Azərbaycan hökumətini İdarə Heyətində təmsil edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov iclasda iştirak etmişdir.

RAFI Oil şirkəti Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşuldu

neft2006-cı il oktyabrın 25-də RAFI Oil şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalamışdır. Bununla, MHŞT-nin Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış şirkətlərin sayı 24-ə çatıb.

Binəqədi Oil şirkəti Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşuldu

neft-2Binəqədi Oil şirkəti Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalamışdır. “Qoşulma Aktı” adlanan sənəddə qeyd olunur ki, Binəqədi Oil şirkəti Azərbaycan Respublikasının hasilat sənayesində fəaliyyət göstərdiyi üçün MHŞT üzrə hökumət Komissiyası tərəfindən Memoranduma qoşulmaq barədə dəvət almışdır.

Azərbaycan beynəlxalq Şəffaflıq Təşəbbüsü üzrə İdarə Heyətinə üzv seçilmişdir

baku2006-cı il oktyabrın 16-da Norveçin paytaxtı Oslo şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə 3-cü beynəlxalq konfrans öz işinə başlamışdır. Konfransda Azərbaycandan nümayəndə heyəti iştirak etmişdir. Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov Azərbaycanın Şəffaflıq Təşəbbüsünün tətbiqi sahəsində fəaliyyətinə dair çıxış etmiş və ölkəmizin öz təcrübəsini digər dövlətlərlə bölüşməyə hazır olduğunu bəyan etmişdir. Konfransda çıxış edən digər iştirakçılar Azərbaycanın Təşəbbüsün həyata keçirilməsində əldə etdiyi uğurları yüksək qiymətləndirdiklərini bildirmişlər.

Neft Fondunun icraçı direktoru Soros Fondunun Qərbi Afrika nümayəndəsini qəbul etmişdir

adnf2006-cı il oktyabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Açıq Cəmiyyət İnstitutu-Soros Fondunun Qərbi Afrika Təşəbbüsləri üzrə rəhbəri Nana Tankonu və təşkilatın Azərbaycan ofisinin rəhbəri Fərda Əsədovu qəbul etmişdir. Görüşdə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi, bu Təşəbbüsün həyata keçirilməsi üçün hökumət və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq və Neft Fondunun fəaliyyətində şəffaflığın təmin olunması məsələləri müzakirə olunmuşdur.

Şəffaflıq Təşəbbüsü üzrə beşinci mərhələnin hesabatlarına “Deloyt” şirkəti rəy verəcək

deloite2006-cı il sentyabrın 22-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə hökumət Komissiyası, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və Mədən Sənayesində Şəffaflığın Artırılması (qeyri hökumət təşkilatları) Koalisiyası arasında imzalanmış Qarşılıqlı Anlaşma Memorandumuna uyğun olaraq təsis edilən Seçim Qrupunun növbəti iclası keçirilmişdir.

Azərbaycanda MHŞT üzrə beşinci hesabat mərhələsinə start verildi

mhshtMineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış tərəflərin – MHŞT üzrə hökumət Komissiyası, Azərbaycanda hasilat sənayesi ilə məşğul olan yerli və xarici şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası – nümayəndələrindən ibarət Seçim Qrupunun 2006-cı il sentyabrın 8-də keçirilmiş iclasında MHŞT üzrə beşinci hesabat mərhələsinə start verilmişdir.

Şəffaflıq Təşəbbüsü üzrə 3-cü beynəlxalq konfransla bağlı hazırlıq görüşü keçirilib

mhsht2006-cı il 31 avqust - 1 sentyabr tarixlərində Almaniyanın Bonn şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə 2006-cı ilin oktyabr ayında Norveçin paytaxtı Oslo şəhərində keçiriləcək 3-cü beynəlxalq konfransa hazırlıqla bağlı işğüzar toplantı keçirilmişdir. Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov toplantıda iştirak etmişdir.

Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə növbəti hesabatını açıqladı

hesabat-2011Bu press-reliz Azərbaycanın Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası tərəfindən birgə hazırlanmışdır.

Bizimlə əlaqə

adressNeftçilər pr. 24, Dalğa Plaza, Bakı AZ1000

phone(+99412) 498 77 53 daxili nömrə 125

mailfarid.farzaliyev@oilfund.az