Çap

Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə doqquzuncu hesabatını açıqladı

hesabat-2011Bu press-reliz Azərbaycanın Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası tərəfindən birgə hazırlanmışdır.

"Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT)" adı altında 2003-cü il iyunun 17-də Londonda keçirilmiş konfransdan irəli gələn öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan hökuməti tərəfindən yaradılmış MHŞT üzrə Komissiya Moore Stephens audit şirkəti tərəfindən yoxlanılmış Azərbaycan Respublikası Hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə növbəti (doqquzuncu) hesabatını (2008-ci ilin ilk altı ayı üzrə yarımillik) - 2008-ci il dekabrın 12-də açıqlamışdır. Dərc edilən hesabatlara eyni zamanda hasilat (neft-qaz) sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında audit şirkətinin verdiyi rəy də daxildir.

Hökumətin Şəffaflıq Təşəbbüsü üzrə doqquzuncu hesabatı audit (Moore Stephens) şirkətinin Rəyi ilə birlikdə 12 dekabr 2008-ci il tarixində keçirilmiş iclasda Memorandum tərəflərinə təqdim olunub. Tərəflərin birgə iclasında həmçinin doqquzuncu hesabat dövrünün nəticələri müzakirə olunub.

Şəffaflıq Təşəbbüsü çərçivəsində təqdim olunmuş hesabatların dərc olunması MHŞT üzrə Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və 115-dən artıq qeyri-hökumət təşkilatının (QHT) və 15 fiziki şəxsin təmsil olunduğu Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası arasında imzalanmış 24 noyabr 2004-cü il tarixli Qarşılıqlı Anlaşma haqqında Memoranduma əsasən həyata keçirilir.

Moore Stephens audit şirkətinin Rəyində deyilir: "...30 iyun 2008-ci il tarixində başa çatan altı ay ərzində qəbul olunmuş ödənişlərin/ayırmaların cədvəli ilə bağlı Azərbaycan Respublikasının Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiyanın Bəyannaməsi yuxarıda qeyd olunan tələblərə uyğun olaraq hazırlanmış və bütün əhəmiyyətli hallar düzgün əks olunmuşdur".

Ölkənin hesabatı, eləcə də audit şirkətinin rəyi Dövlət Neft Fondunun, MHŞT üzrə Beynəlxalq Katibliyin və QHT-lərin təmsil olunduğu Mədən Hasilatında Şəffalığın Artırılması Koalisiyasının İnternet səhifələrində yerləşdirilir.

İclasda eyni zamanda qiymətləndirmə ilə əlaqədar son proseslərə, qiymətləndiricinin iş qrafikinə dair məlumat verilmiş və qiymətləndirmə prosesinə dair forma və sənədlərlə iştirakçılar tanış edilmişdir.

Azərbaycan Respublikası Hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə hesabatı. Hesabat dövrü: 2008-ci ilin ilk 6 ayı, (yanvar-iyun)

Azərbaycan Respublikasının Mineral Ehtiyatlarının Hasilatı Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Komissiyası (Müstəqil Mühasibələrin Rəyi)-30 iyun 2008

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az