Çap

Azərbaycanda MHŞT üzrə qiymətləndirmə prosesini həyata keçirəcək şirkət seçildi

mhsht2008-ci il noyabrın 18-də Azərbaycanda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə qiymətləndirmə prosesi ilə əlaqədar yaradılmış MHŞT tərəflərini bərabər sayda MHŞT üzrə Hökumət Komissiyasını, Azərbaycanda hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətləri, Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə QHT Koalisiyasını təmsil edən 9 nəfərdən ibarət İşçi Qrupun iclası keçirilmişdir.

İşçi Qrup MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən təyin edilmiş MHŞT-yə qoşulmuş ölkələrdə bu prosesin tətbiqini qiymətləndirmək üçün beynəlxalq nüfuzlu 7 şirkət (validator) - Coffey Int. Dev. Ltd., ECON, The IDL Group, Goldwyn Int Strategies, Hart Nurse Limited, Oxford Policy Management, PricewaterhouseCoopers and Accountability arasından Azərbaycanda bu prosesi həyata keçirəcək şirkətin seçilməsi məqsədilə müsabiqə keçirmişdir. Müsabiqədə iştirakla bağlı dəvət göndərilmiş dörd şirkət - Coffey International Development, Goldwyn International, Hart Group və ECON qiymətləndirmə prosesinə dair təkliflərini təqdim etmişdir.

İşçi Qrupun iclasında təkliflər diqqətlə öyrənilmiş və qiymətləndirmə prosesinin Coffey International Development şirkəti tərəfindən keçirilməsinə yekdilliklə qərar verilmişdir.

Müsabiqədə ikinci və üçüncü yerləri müvafiq olaraq Goldwyn Inernational və Hart Group şirkətləri tutmuşdur.

Xatırladaq ki, 2007-ci il sentyabrın 27-də Norveçin paytaxtı Oslo şəhərində MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin 3-cü iclasında 15 ölkəyə, o cümlədən Azərbaycana namizəd statusu verilmişdir. İdarə Heyətinin qərarına əsasən MHŞT-nin tam üzvü olmaq üçün ölkələrdə xüsusi qiymətləndirmə prosesi keçirilməlidir. 2008-ci ildən etibarən ilk olaraq Azərbaycanın qiymətləndirilməsi prosesinə başlanılmışdır.

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az