Çap

Dövlət Neft Fondunda Şəffaflıq Təşəbbüsü tərəflərinin birgə iclası keçirilmişdir

cq-iclas2008-ci il iyunun 17-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tərəflərinin - MHŞT üzrə Komissiyanın, qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının, ölkədə mədən sənayesi ilə məşğul olan yerli və xarici şirkətlərin nümayəndələrinin birgə iştirakı ilə iclas keçirilmişdir.

İclasda qiymətləndirmə prosesinə hazırlıq, Seçim Qrupu tərəfindən Beynəlxalq İdarə Heyətinin təyin etdiyi 7 şirkət arasından qiymətləndirmə prosesini həyata keçirəcək şirkətin seçilməsi kimi məsələlər, o cümlədən MSŞA Koalisiyası tərəfindən Şəffaflıq Təşəbbüsü üzrə Qarşılıqlı Anlaşma Memorandumuna dəyişikliklərin edilməsinə dair təkliflər müzakirə edilmişdir.

Nəticədə qiymətləndirmə prosesinə dair işçi qrupun yaradılmasına qərar verilmişdir.

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az