Çap

Azərbaycan Şəffaflıq Təşəbbüsü üzrə səkkizinci hesabatını açıqladı

hesabat-2011Bu press-reliz Azərbaycanın Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesi sahəsində fəaliyyət göstərən şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası tərəfindən birgə hazırlanmışdır.

"Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT)" adı altında 2003-cü il iyunun 17-də Londonda keçirilmiş konfransdan irəli gələn öhdəliklərin yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan hökuməti tərəfindən yaradılmış MHŞT üzrə Komissiya Moore Stephens audit şirkəti tərəfindən yoxlanılmış Azərbaycan Respublikası Hökumətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə növbəti (səkkizinci) hesabatını (2007-ci il üzrə illik) - 2008-ci il iyunun 3-də açıqlamışdır. Dərc edilən hesabatlara eyni zamanda hasilat (neft-qaz) sənayesində fəaliyyət göstərən şirkətlərin təqdim etdikləri fərdi hesabatların təhlili əsasında audit şirkətinin verdiyi rəy də daxildir.

Hökumətin Şəffaflıq Təşəbbüsü üzrə səkkizinci hesabatı audit (Moore Stephens) şirkətinin Rəyi ilə birlikdə 3 iyun 2008-ci il tarixində keçirilmiş iclasda Memorandum tərəflərinə təqdim olunub. Tərəflərin birgə iclasında həmçinin səkkizinci hesabat dövrünün nəticələri müzakirə olunub.

Şəffaflıq Təşəbbüsü çərçivəsində təqdim olunmuş hesabatların dərc olunması MHŞT üzrə Komissiya, Azərbaycanın hasilat (neft və qaz) sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər və 115-dən artıq qeyri-hökumət təşkilatının (QHT) və 15 fiziki şəxsin təmsil olunduğu Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası arasında imzalanmış 24 noyabr 2004-cü il tarixli Qarşılıqlı Anlaşma haqqında Memoranduma əsasən həyata keçirilir.

Moore Stephens audit şirkətinin Rəyində deyilir: "...31 dekabr 2007-ci il tarixdə bitən 12 ay ərzində qəbul olunmuş ödənişlərin/daxilolmaların cədvəli ilə bağlı Azərbaycan Respublikasının MHŞT Komissiyasının bəyannaməsi yuxarıda qeyd olunan tələblərə uyğun olaraq hazırlanmış və bütün əhəmiyyətli hallarda düzgün əks olunmuşdur".

Ölkənin hesabatı, eləcə də audit şirkətinin rəyi Dövlət Neft Fondunun, MHŞT üzrə Beynəlxalq Katibliyin və QHT-lərin təmsil olunduğu Mədən Hasilatında Şəffalığın Artırılması Koalisiyasının İnternet səhifələrində yerləşdirilir.

Azərbaycan Respublikası Hökümətinin mədən hasilatı sənayesində əldə etdiyi məcmu daxilolmaları barədə hesabatı. Hesabat dövrü: 2007-ci il illik

Azərbaycan Respublikasının Mineral Ehtiyatlarının Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffafliq Təşəbbüsü üzrə Komissiyası ( Müstəqil Mühasiblərin Rəyi) - 31 dekabr 2007

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az