Çap

Neft Fondunun İcraçı Direktoru Norveçin Neft və Energetika Nazirinin müavini xanım Liv Monika Stubholdtun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

hesabat-2011Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov 2008-ci il iyunun 3-də Norveçin Neft və Energetika Nazirinin müavini xanım Liv Monika Stubholdtun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) tətbiqinə dair məsələlər, o cümlədən Azərbaycanda MHŞT-nin uğurla tətbiq edilməsi, qiymətləndirmə prosesi, Azərbaycan hökuməti tərəfindən BMT-nin Baş Assambleyasına təqdim edilən Şəffaflıq Təşəbbüsünü dəstəkləyən qətnamə layihəsi geniş müzakirə edilmişdir.

Görüş zamanı Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə Norveç Fondu arasında oxşar və fərqli cəhətlər, həmçinin bu iki Fond arasında gələcək münasibətlərin inkişafı barədə məsələlərə dair ətraflı söhbət aparılmışdır.

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az