Çap

Neft Fondunun İcraçı Direktoru MHŞT üzrə İdarə Heyətinin iclasında iştirak etmişdir

mhsht2008-ci il mayın 26-27-də İspaniyanın paytaxtı Madrid şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə İdarə Heyətinin növbəti iclası keçirilmişdir. Azərbaycanı İdarə Heyətində təmsil edən MHŞT üzrə hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iclasda iştirak etmişdir.

İclasda MHŞT-nin tətbiqinə dair məsələlər geniş müzakirə edilmiş və 23 ölkənin, o cümlədən Azərbaycanın namizəd statusu əldə etdiyi qeyd edilmişdir. İdarə Heyətinin qərarına əsasən MHŞT-nin tam üzvü olmaq üçün ölkələrdə xüsusi qiymətləndirmə prosesi keçirilməlidir.

İdarə Heyətinin iclasında Azərbaycanın qiymətləndirmə prosesinə başlamış ilk ölkə olması xüsusi vurğulandı və təqdir edildi.

Görüş zamanı Azərbaycan hökuməti tərəfindən BMT-nin Baş Assambleyasına təqdim edilən Şəffaflıq Təşəbbüsünü dəstəkləyən qətnamə layihəsi barədə də məlumat verilmiş və bu məsələyə dair geniş müzakirələr aparılmışdır.

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az