Azərbaycanda MHŞT üzrə səkkizinci hesabat mərhələsi başlandı

hesabat-2011Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış tərəflərin - MHŞT üzrə hökumət Komissiyası, Azərbaycanda hasilat sənayesi ilə məşğul olan yerli və xarici şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası - nümayəndələrindən ibarət Seçim Qrupunun 2008-ci il martın 5-də keçirilmiş iclasında MHŞT üzrə səkkizinci hesabat mərhələsinə start verilmişdir.

Neft Fondunun icraçı direktoru MHŞT üzrə İdarə Heyətinin iclasında iştirak etmişdir

mhsht2008-ci il fevralın 22-də Qananın paytaxtı Akra şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə İdarə Heyətinin iclası keçirilib. MHŞT üzrə hökumət Komissiyasının sədri, İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iclasda iştirak edib.

Neft Fondunda Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının üzvləri ilə görüş keçirilmişdir

mhsht2008-ci il fevralın 18-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyasının üzvləri ilə görüşüb. Ş. Mövsümov Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində əldə olunan nailiyyətlərlə bağlı Koalisiya üzvlərinə məlumat vermişdir.

MHŞT üzrə Komissiyanın iclası keçirilmişdir

cq-iclas2008-ci il fevralın 15-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Komissiyanın iclası keçirilmişdir. Komissiyanın sədri, ARDNF-nin İcraçı Direktoru Şahmar Mövsümov MHŞT-nin Azərbaycanda tətbiqi ilə bağlı əldə edilmiş son nailiyyətlərlə bağlı Komissiya üzvlərinə məlumat vermişdir. O, cari il fevralın 13-də BMT-nin Baş Assambleyasında Şəffaflıq Təşəbbüsünü dəstəkləyən qətnamənin Azərbaycan hökuməti tərəfindən BMT-nin Katibliyinə təqdim olunduğunu və müzakirələrin başlandığını bildirmişdir.

"Apsheron Investments Ltd" şirkəti Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşuldu

neft-22008-ci il fevralın 6-da Azərbaycanda yeni fəaliyyətə başlayan "Apsheron Investments Ltd" şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalamışdır. "Qoşulma Aktı"nı imzalamaqla "Apsheron Investments Ltd" şirkəti Memoranduma qoşulmuş digər şirkətlər kimi növbəti - səkkizinci hesabat dövrü (2007-ci il üzrə illik) üzrə Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə hesabat verəcək.

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az