“Shirvan Operating Company Limited” şirkəti Azərbaycanda Şəffaflıq Təşəbbüsünün tətbiqinə dair Memoranduma qoşuldu

neft2010-cu il martın 15-də Azərbaycanda fəaliyyət göstərən "Shirvan Operating Company Limited" şirkəti Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalamışdır.

 "Qoşulma Aktı"nı imzalamaqla "Shirvan Operating Company Limited" şirkəti Memoranduma qoşulmuş digər şirkətlər kimi növbəti - on ikinci hesabat dövrü (2009-cu il) üzrə Azərbaycan Respublikası hökumətinə ödənişləri barədə hesabat verəcək.

Bununla, MHŞT-nin Azərbaycanda tətbiqinə dair Memorandumu imzalamış şirkətlərin sayı 30-a çatıb. Memorandum 2004-cü il noyabrın 24-də MHŞT-nin Azərbaycanda həyata keçirilməsi prosesinə qoşulmuş 21 xarici və yerli hasilat sənayesi şirkətləri, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Azərbaycan, Exxon, Statoil, Total, Lukoil, Chevron, Shell, Devon Enerji kimi böyük şirkətlər tərəfindən imzalanıb. Sonradan Memoranduma daha səkkiz şirkət - Inpex Azərbaycan, Binəqədi Oil, RAFI Oil, NİCO, Apsheron Investments Ltd, GDF SUEZ Eksploreyşn Kaspian B.V., Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited və Neftechala Operating Company Ltd şirkətləri qoşulub.

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az