Neft Fondunun İcraçı Direktoru MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin 11-ci iclasında iştirak etmişdir

mhsht2010-cu il fevralın 9-10-da Norveçin paytaxtı Oslo şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq İdarə Heyətinin 11-ci iclası keçirilmişdir. Azərbaycanı İdarə Heyətində təmsil edən MHŞT üzrə hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov iclasda iştirak etmişdir.

İclasda MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən iki ölkəyə - İraq və Əfqanıstana namizəd statusu verilmişdir.

Norveçin MHŞT-yə dair ilk hesabatı barədə iclas iştirakçılarına məlumat verilmişdir.

İclasda MHŞT-nin tətbiqinə dair digər məsələlər müzakirə edilmişdir.

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az