Neft Fondunun İcraçı Direktoru MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin iclasında iştirak etmişdir

mhsht2011-ci il martın 1-də Fransanın paytaxtı Paris şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə İdarə Heyətinin növbəti iclası keçirilmişdir. Azərbaycanı İdarə Heyətində təmsil edən MHŞT üzrə hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru Şahmar Mövsümov iclasda iştirak etmişdir.

İclasda İdarə Heyətinin xüsusi qiymətləndirmə prosesindən keçmiş 6 ölkəyə (Norveç, Qırğızıstan, Nigeriya, Yəmən, Niger, Mərkəzi Afrika Respublikası) tamhüquqlu üzv statusu verilməsi qərara alınmışdır. İki yeni ölkəyə isə (Qvatemala və Trinidad və Tobaqo) namizədlik statusu verilmişdir.

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az