Çap

Çoxtərəfli qrup

Çoxtərəfli qrupun (ÇQ) yaradılması MHŞT Standartının tələblərindən biridir. Bunu nəzərə alaraq Azərbaycanda MHŞT üzrə Qarşılıqlı Anlaşma Memorandum çərçivəsində daimi formada tətbiq olunan MHŞT prosesini daha da təkmilləşdirmək, prosesin inkişafı üzərində daha güclü və səmərəli çoxtərəfli nəzarəti və idarəetməni təmin etmək niyyəti ilə Memorandumun tərəflərinin hər birindən (MHŞT üzrə Komissiya, xarici və yerli şirkətlər, QHT Koalisiyası) eyni hüquqa malik olan 3 əsas və 3-dək əvəzedici üzvdən ibarət olan ÇQ yaradılmışdır. Memoranduma uyğun olaraq, ÇQ-nin iclasları ildə azı dörd dəfə MHŞT-nin tətbiqi üzrə İş planı əsasında keçirilir. MHŞT üzrə Komissiyanın sədri ÇQ-yə üzv olur və onun iclaslarına sədrlik edir.

ÇQ-nin hüquq və vəzifələri

ÇQ MHŞT Standartına uyğun olaraq fəaliyyət göstərir və aşağıdakı hüquq və vəzifələrə malikdir:

a) MHŞT üzrə illik İş Planını hazırlamaq və təsdiq etmək;

b) MHŞT çərçivəsində əhəmiyyətli gəlir mənbələrini və bu gəlir mənbələri üzrə əhəmiyyətli hesab olunan məbləğ/həcmlərin səviyyəsini təyin etmək;

c) Hökumət və Şirkətlər Qrupu üzvü olan yerli və xarici şirkətlər ("Şirkətlər Qrupu Üzvləri") üçün hesabat formalarını təsdiq etmək, lazım gəldikdə bu formalara müvafiq əlavə və dəyişikliklər etmək;

ç) Hökumət və Şirkətlər Qrupu Üzvlərinin hesabatlarının tutuşdurulmasını həyata keçirəcək Müstəqil Administratorun ("Administrator"un) seçilmə qaydası və fəaliyyət dairəsini müəyyən etmək, Administratoru seçmək və təsdiq etmək;

d) Administratorun Rəyini dinləmək, qəbul etmək və ya yenidən işlənmək üçün geri qaytarmaq;

e) QHT Koalisiyasının Rəyini dinləmək, düzəlişlər təklif etmək və nəzərə almaq;

ə) Ölkə üzrə MHŞT Hesabatını və İllik Fəaliyyət Hesabatını hazırlamaq, təsdiq etmək, nəşr etdirmək və yaymaq;

f) MHŞT-nin inkişafı və təkmilləşdirilməsi barədə təkliflərlə çıxış etmək;

g) Ölkədə MHŞT-nin vəziyyətini qiymətləndirmək üçün MHŞT üzrə Beynəlxalq Katiblik tərəfindən aparılan Qiymətləndirmə prosesində iştirak etmək;

ğ) Tərəflərə, beynəlxalq təsisatlara müraciətlər etmək və tövsiyələr hazırlamaq;

h) MHŞT ilə əlaqədar məsələlərin araşdırılması və onlara dair təkliflərin hazırlanması üçün ekspertlər cəlb etmək və ya işçi qruplar yaratmaq.

 

graphic-2

2015-ci ildə MHŞT üzrə çoxtərəfli qrupun üzvləri

MHŞT üzrə Komissiya

shahmar-movsumovŞahmar Mövsümov
Dövlət Neft Fondu, ÇQ-nin sədri (əsas üzv)
zaur-fetizadeZaur Fətizadə
Vergilər Nazirliyi(əsas üzv)
Iftixar Huseynovİftixar Hüseynov 
Energetika Nazirliyi (əsas üzv)
 ssafarovŞahmirzə Səfərov
 Ekologiya və Təbii  Sərvətlər Nazirliyi  (əvəzedici üzv)

QHT Koalisiyası

azer-mehtiyevAzər Mehtiyev
(əsas üzv)
nophotoSabit Bağırov 
(əsas üzv)
nophotoƏliməmməd Nuriyev 
(əsas üzv)
nophotoRafiq Təmrazov
(əvəzedici üzv)

 

 araz-yusubovZaur Əkbər
(əvəzedici üzv)
qubad-ibadogluQubad İbadoğlu
(əvəzedici üzv)
   

Şirkətlər Qrupu

araz-yusubovAraz Yusubov
BP (əsas üzv)
araz-yusubovNərgiz Mehdiyeva
Statoyl (əsas üzv)
enver-qasimovKamran Məhərrəmov
ARDNŞ (əsas üzv)

cemile-hardiyevaBəxtiyar Axundov
Şevron Xəzər LTD(əvəzedici üzv)

 

 araz-yusubovRasim Axundov
 Total (əvəzedici üzv)
araz-yusubovVaqif Abdullayev
Neftechala (əvəzedici üzv)
   

 

 

Bizimlə əlaqə

adressNeftçilər pr. 24, Dalğa Plaza, Bakı AZ1000

phone(+99412) 498 77 53 daxili nömrə 125

mailfarid.farzaliyev@oilfund.az