Çap

Bildiriş - 22 Yanvar 2012

Azərbaycan Respublikasının Dövlət Neft Fondu Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə  Komissiyanın və xarici və yerli şirkətlərin təqdim edəcəyi 2011-ci ili əhatə edən hеsаbatların təhlil edilərək tutuşdurulması və hesabatlara dair rəy verilməsi xidmətlərinin müsabiqə yolu ilə satınalınması məqsədilə "Dövlət Satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun V fəsli ilə müəyyən edilmiş üsulla təkliflər cəlb edir.

Bununla əlaqədar təkliflər vermək istəyən, Azərbaycan Respublikasında auditor fəaliyyəti ilə məşğul olmağa xüsusi razılığı (lisenziyası) olan, dünyada tanınmış nüfuzlu beynəlxalq auditor təşkilatları (bundan sonra "xidmət göstərənlər") öz təkliflərini Xidmət Təklifləri Sorğusunun (bundan sonra "XTS") tələblərinə əsasən 9 fevral 2012-ci il saat 11.00-dək Azərbaycan Respublikası Dövlət Neft Fonduna təqdim etməlidirlər.

Müsabiqə ilə bağlı XTS-i və əlavə məlumatları almaq üçün əlaqələndirici şəxslə 498-77-53 (daxili 129) nömrəli telefon və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanlı elektron poçt vasitəsilə əlaqə saxlaya bilərlər.

Bizimlə əlaqə

adressNeftçilər pr. 24, Dalğa Plaza, Bakı AZ1000

phone(+99412) 498 77 53 daxili nömrə 125

mailfarid.farzaliyev@oilfund.az