Bakıda “MHŞT: Neft gəlirlərinin idarə edilməsində şəffaflıq, hesabatlılıq və yaxşı idarəçilik” mövzusunda seminar keçirilmişdir

mhsht2011-ci il iyunun 7-də Bakı şəhərində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) və Norveç Krallığının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə "MHŞT: Neft gəlirlərinin idarə edilməsində şəffaflıq, hesabatlılıq və yaxşı idarəçilik" mövzusunda seminar keçirilmişdir.

Seminarda Norveç Krallığının Vəliəhdi Hookonun başçılıq etdiyi nümayəndə heyəti, ARDNF-nin İcraçı Direktoru Şahmar Mövsümov, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirləri, Azərbaycan Respublikasının hökumət nümayəndələri, ölkədə fəaliyyət göstərən yerli və xarici mədən hasilatı şirkətlərinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişdir.

Seminarda MHŞT-nin əhəmiyyəti, Azərbaycan və Norveçdə tətbiqi, hər iki ölkənin bu sahədə təcrübəsi və əldə etdiyi nailiyyətləri barədə çıxışlar dinlənildi, mövzu ətrafında fikir mübadiləsi aparıldı.

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az