MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilmişdir

cq-iclas-22011-ci il noyabrın 18-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) 2011-ci il üzrə son iclası keçirilmişdir.

İclasda ÇQ-nin 2012-ci il üçün iş planı, Azərbaycanda neft-qaz hasilatı ilə məşğul olan şirkətlərin məlumatlarında sosial və gömrük ödənişlərinin MHŞT üzrə hesabatlara daxil edilməsi məsələsi, Memorandumun təkmilləşdirilməsi üzrə İşçi qrupunun hazırladığı layihə və MHŞT-nin Azərbaycanda tətbiqinə dair digər məsələlər müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayeçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzv statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az