Neft Fondunun İcraçı Direktoru MHŞT üzrə Beynəlxalq İdarə Heyətinin 19-cu iclasında iştirak etmişdir

mhsht2012-ci il fevralın 14-15-də İngiltərənin Susseks şəhərində Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq İdarə Heyətinin 19-cu iclası keçirilmişdir.

Azərbaycanı İdarə Heyətində təmsil edən MHŞT üzrə hökumət Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov iclasda iştirak etmişdir. İclasda MHŞT üzrə Beynəlxalq İdarə Heyəti tərəfindən iki ölkəyə - Mavritaniya və Peruya tamhüquqlu üzv statusu verilmişdir. Bununla da MHŞT-yə qoşulan 35 ölkədən tamhüquqlu üzv statusu əldə edənlərin sayı 14-ə (ətraflı məlumat üçün bax: http://eiti.org/countries) çatmışdır.

İclasda MHŞT-nin tətbiqinə dair digər məsələlər müzakirə edilmişdir.
MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.

Bizimlə əlaqə

adressHeydər Əliyev prospekti 165, Bakı AZ1029

phone(+99412) 498 77 53 daxili nömrə 1803

mailFFarzaliyev@oilfund.az